Ceyhun Bayramov Vətən müharibəsində istifadə olunan İsrail silahlarından danışdı
Tarix: 5-04-2021, 12:30 | Çap et
Ceyhun Bayramov Vətən müharibəsində istifadə olunan İsrail silahlarından danışdı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Vətən müharibəsində İsrail silahlarının mühüm rol oynadığını deyib.

Oxu.Az-ın məlumatına əsasən, C.Bayramov bu barədə “İsraelhayom” portalına müsahibəsində danışıb.

O bildirib ki, yüksək texnologiyalı və dəqiq zərbələr endirən İsrail silahları, xüsusən də dronlar Azərbaycanın hərbi qələbə qazanmasında böyük rol oynayıb.

“Əminəm ki, Vətən müharibəsindən sonra müxtəlif sahələrdə ikitərəfli əlaqələrimiz daha da güclənəcək və dərinləşəcək”, - deyə C.Bayramov söyləyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net