Günel libaslarını satışa çıxaracaq
Tarix: 11-09-2015, 11:18 | Çap et
Günel libaslarını satışa çıxaracaq
Müğənni Azəri Günel Zeynalova geyimlərini satışa çıxaracaq.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Həyat tərzi” verilişində deyib. O, əldə olunacaq pulu xeyriyyə məqsədiylə xərcləyəcəyini vurğulayıb:

“İnstaqramda bir səhifə açacam, libaslarımı orada satacam. Çox paltarım var. Nə qədərini başqalarına hədiyyə etmişəm. Libaslar köhnə deyil, hərəsini 1 dəfə geyinirəm. Həm də istəyənlər çoxdur. Pulunu isə köməyə ehtiyacı olanlara verəcəm”.

Geyimlərindən danışan G.Zeynalova sevdiyi rənglərdən söz açıb:

“Dostum Burçin var, libaslarımı o tikir. Sonra oturub üzərində dəyişiklik edirik. Geyimlərimin hamısını özüm seçirəm. Ağ, qara və qırmızı rəngləri sevirəm. Ən çox da qara rəngə üstünlük verirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net