Müəllimlərin işə çağırılması zamanı kimlərə güzəşt olunacağı açıqlanıb
Tarix: 2-06-2020, 17:17 | Çap et
Müəllimlərin işə çağırılması zamanı kimlərə güzəşt olunacağı açıqlanıb

Martın 2-dən ölkə ərazisində tədris dayandırılıb. Bu dayandırılma tədris ilinin sonuna qədər davam edir.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

O deyib ki, hazırda məktəblərdə qiymətləndirmə prosesinin necə olacağı hamını maraqlandırır: "Mayın 22-də müvafiq təlimat məktubu hazırlanıb və bütün məktəblərə göndərilib. Burada daha çox məktəbdaxili qiymətlkəndirmənin necə aparılması qeyd edilib. Məktəbdaxili qiymətləndirmənin bütün siniflər üzrə hansı formada aparılması barədə dəqiq yazılıb. Bu zaman ikinci zərurət odur ki, məktəbə getmək necə olmalıdır? Şagirdlərin sinifdən sinfə keçməsi üçün qərar olmalıdır. Xüsusi karantin rejimi başa çatmadığına, kütləvi tədbirlər tövsiyə edilmədiyinə görə zərurət yarandı ki, təlimati məktub hazırlansın. Bu məktub tədris ilinin başa vurulması və zəruri tədbirlərlə bağlıdır. Burada bənd-bənd qeyd edilib.

Birinci bənd ümumtəhsil müəssisələrində işçilərin işə çağırılması ilə bağlıdır. Öhdəsində 7 yaşına qədər uşaqlara, yaşlılara və tibbi yardıma ehtiyacı olanlara qulluq edən şəxslərin işə gəlməyi istisna edilir.

İkinci kateqroiya yaşı 65-dən yuxarı olan əməkdaşlardır. Bu kateqroriyadan olan şəxslər ən böyük risk qrupuna daxildir.

Üçüncü kateqoriya Bakıda çalışan, başqa regionda yaşayan müəllimlərə aiddir. Yəni, yaşadığı yerdən kənarda yaşayan müəllimlərə də güzəşt olunur".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net