Dövlət Gömrük Komitəsi: İslahatlar davam edəcək
Tarix: 2-06-2020, 15:41 | Çap et
Dövlət Gömrük Komitəsi: İslahatlar davam edəcək
“Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar öz bəhrəsini verir”.

“Report” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Komitədə aparılan islahatlar nəticəsində şəffaflıq təmin olunub, biznes subyektləri üçün əlverişli şərait yaradılıb: “Dövlət Gömrük Komitəsində islahatlar davam edəcək. Üzərimizə düşən bütün öhdəliklərin yerinə yetirilməsini həyata keçirəcəyik”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net