Buraxılış və qəbul imtahanında nələr dəyişib?
Tarix: 19-05-2020, 19:42 | Çap et
Buraxılış və qəbul imtahanında nələr dəyişib?

Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı ilə 9-cu sinif buraxılış imtahanı qaydaları, 9 və 11-ci sinif təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və ali təhsil müəssislərinə qəbul qaydalarında müvəqqəti dəyişikliklər edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, dəyişikliklər əsasən aşağıdakılardan ibarətdir və qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir:

– “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən şagirdlər bir mərhələdə – imtahanın ikinci mərhələsinin modeli əsasında imtahan verəcəklər. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.

Bu dəyişikliklər qüvvəyə minənədək ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) çərçivəsində keçirilən buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsini vermiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər, onların əldə etdikləri nəticələr Mərkəz tərəfindən hər fənn üzrə 100 ballıq şkalaya keçirilir.

Qeyd edək ki, imtahan vermiş şagirdlərin yeni şkalaya uyğun qiymətləri onların imtahan nəticələri səhifəsinə yerləşdiriləcəkdir. Yeni şkalaya uyğun qiymətindən narazı olanlar üçün sentyabr ayında imtahan (imtahanın ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net