Almaniyada təyyarə insanların olduğu küçəyə eniş edib, xəsarət alanlar var
Tarix: 14-12-2025, 09:57 | Çap et


Almaniyanın Manhaym şəhərində kiçik mühərrikli təyyarə küçəyə eniş edib, 3 nəfər xəsarət alıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə "Tagesschau" qəzeti məlumat yayıb.

Məlumata görə, təyyarədə 23 yaşlı pilot, onun 23 yaşlı köməkçi pilotu və 37 yaşlı kişi olub.

"Pilot ağır, digər iki sərnişin isə yüngül xəsarətlər alıb. Bütün sərnişinlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb", - nəşr qeyd edib.

Əraziyə polis və fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net