Kazan və Soçi hava limanları bağlandı
Tarix: 27-12-2024, 10:44 | Çap et


Kazan hava limanı Moskva vaxtı ilə saat 6:00-dan (Bakı vaxtı ilə 7:00) etibarən uçuşların qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako məlumat yayıb.

Onun sözlərinə görə, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.

Digər məhdudiyyət Soçi hava limanında tətbiq edilib. Məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi də ("Rosaviasiya") təsdiq edib.

Məlumat üçün əlavə edək ki, bu gecə Volqoqrad və Həştərxan hava limanlarında da uçuşların qəbuluna və təyyarələrin hərəkətinə qadağa qoyulub, lakin məhdudiyyət bir neçə saatdan sonra aradan qaldırılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net