Ana Sayfa > Xəbər > Eldar Behbudov həbs olundu

Eldar Behbudov həbs olundu


18-11-2015, 14:53. Yazar: admin
Eldar Behbudov həbs olundu
Bakı sakini Pərizad Əzizova dələduzluqla üzləşib.

Axar.az Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, 2013-cü ilin fevralında paytaxt sakini Eldar Behbudov onun etimadını qazanıb.

Bu yolla 5200 manatını alıb. P.Əzizova bu barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edib.

Araşdırma zamanı E.Behbudovun Rusiyada Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində E.Behbudov tutulub.

Geri dön