Ana Sayfa > Xəbər > Reanimasiyada olan Əməkdar artistdə daha bir xəstəlik aşkarlandı

Reanimasiyada olan Əməkdar artistdə daha bir xəstəlik aşkarlandı


17-11-2015, 13:57. Yazar: admin
Reanimasiyada olan Əməkdar artistdə daha bir xəstəlik aşkarlandı
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlunun səhhəti orta-ağır olaraq qalır.

Bu barədə aznews.az-a aktyorun oğlu Ceyhun Məmmədov məlumat verib. O, bildirib ki, insult keçirən Ə.Məmmədoğlunda müayinə zamanı daha bir xəstəlik də aşkarlanıb: “Onkologiya xəstəxanasına göndərilən analizlərin cavabları dünən açıqlanıb. Məlum olub ki, atamın öd kisəsində problem var. Öd yığılıb, kanallarda tutulma prosesi gedib. Hazırda sistemlər vururlar, görək sonu necə olacaq”.

C.Məmmədov onu da əlavə edib ki, aktyor hazırda Binəqədi rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur.

Qeyd edək ki, noyabrın 12-də aktyorun səhhətində problem yaranıb. O, insult diaqnozu ilə Binəqədi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Reanimasiyada olan Əməkdar artistdə daha bir xəstəlik aşkarlandı

Geri dön