Ana Sayfa > Xəbər > MTN-in daha bir şöbə rəisi işdən çıxarıldı
MTN-in daha bir şöbə rəisi işdən çıxarıldı17-11-2015, 11:10. Yazar: admin |
![]() Milli Təhlükəsizlik nazirinin 1-ci müavini, nazir səlahiyyətərini icra edən Mədət Quliyevin əmri ilə nazirliyin daha bir şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircan oğlu Əmircanov vəzifəsindən kənarlaşdırılıb. Xəbəri "Qafqazinfo" yayıb. Bəzi KİV-lərin yazdığına görə, R.Əmircanov MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, artıq həbs olunmuş general-mayor Akif Çovdarovun kürəkənidir. Yenə həmin yazılanlara görə, Rəşad Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra MTN-ə şöbə rəisi gətirilib. Geri dön |