Ana Sayfa > Xəbər > Beyləqanda ötən gecə 3 mağaza yaran maskalılar tutuldu

Beyləqanda ötən gecə 3 mağaza yaran maskalılar tutuldu


16-11-2015, 16:42. Yazar: admin
Beyləqanda ötən gecə 3 mağaza yaran maskalılar tutuldu
Beyləqan rayonunda oğurluqda təqsirləndirilən beş nəfərdən ibarət qrup zərərsizləşdirilib.

Beyləqan Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, müxtəlif rayonların sakinləri olan həmin şəxslər ötən gecə Beyləqanda 3 mağazanı yarıblar.

Oğurluq zamanı onlar maskalı olublar.

Hazırda onların iştirak etdiyi oğurluq faktları ilə bağlı araşdırmalar aparılır.

Geri dön