Ana Sayfa > Xəbər > Qaçırdığı avtomobili çox sürə bilmədi

Qaçırdığı avtomobili çox sürə bilmədi


11-11-2015, 13:38. Yazar: admin
Qaçırdığı avtomobili çox sürə bilmədi
Bakıda polis avtomobil qaçıran şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tutulan şəxs Bakı şəhər sakini Pərviz Xanzadədir. O, avqustun 4-də Zabil Hüseynova məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda ittiham olunur. P.Xanzadə Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Geri dön