Ana Sayfa > Xəbər > Bakıda Avstriya vətəndaşının evindən külli miqdarda pul oğurlandı
Bakıda Avstriya vətəndaşının evindən külli miqdarda pul oğurlandı10-11-2015, 16:42. Yazar: admin |
![]() Bakıda yaşayan xarici vətəndaşın evindən külli miqdarda pul oğurlanıb. “Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib. Belə ki, Avstriya vətəndaşı, 1967-ci il təvəllüdlü Kuermayr Mixaelin Bakı şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən evindən oğurluq edilib. Naməlum şəxs onun evinə açar seçməklə daxil olub və 4000 funt-sterlinq oğurlayıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsində araşdırma aparılır. Qeyd edək ki, Kuermayr Mixael Bakıdakı şirkətlərin birində ofis meneceri vəzifəsində çalışır. Geri dön |