Ana Sayfa > Xəbər > "Heç vaxt televiziyaya gəlmək fikrim olmayıb"

"Heç vaxt televiziyaya gəlmək fikrim olmayıb"


6-11-2015, 16:57. Yazar: admin
"Heç vaxt televiziyaya gəlmək fikrim olmayıb"
Aparıcı Cavid Gül APA TV-də yayımlanan “Səhər zəngi” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, heç zaman televiziyaya gəlmək fikrinin olmadığını bildirib:

“2000-ci ilə kimi televiziyaya gələnlər həvəsli olublar, amma sonrakı illərdə sanki hamı bu sahəyə təsadüfən düşüb. Ali məktəbə o qədər də yaxşı hazırlaşmamışdım. İngilis dilindən 0 bal topladığım üçün jurnalistika fakültəsinə düşdüm. Fikirləşdim ki, birinci kursu bitirəndən sonra başqa fakültəyə keçərəm. Elə ilk il bir neçə KİV-də çalışdım, amma heç həvəsim yox idi. Sadəcə, 17 yaşım varıydı. “Press-kart”ım olacaq istəyi ilə bu sahəyə gəldim. Heç vaxt televiziyaya gəlmək fikrim olmayıb. Xəbərlərdə çalışmaq istəmirdim. Hətta o zaman rəhbərlik soruşmuşdu ki, “nəyə görə xəbəri oxuyanda gözün qaçır?” Mən də cavab verdim ki, “Titr qaçır deyə, mən də qaçıram”. Sonra məni radioya yolladılar”.

Geri dön