Ana Sayfa > Xəbər > Qorbaçovun qərarının legitimliyini araşdırmaq - TƏLƏBİ

Qorbaçovun qərarının legitimliyini araşdırmaq - TƏLƏBİ


4-11-2015, 17:11. Yazar: admin
Qorbaçovun qərarının legitimliyini araşdırmaq - TƏLƏBİ
“SSRİ-nin dağılmasının səbəbi prokurorluq tərəfindən araşdırılmalıdır”. Cebhe.info xəbər verir ki, bu tələblə Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorov çıxış edib.

Deputat baş prokuror Yuri Çaykaya müraciət edərək SSRİ-nin dağılması səbəblərini, qərarın legitimliyi və qanunauyğunluğunu araşdırmağı tələb edib. Həmçinin SSRİ-nin dağılmasında günahkar olanların cəzalandırılmasını istəyib: “Putin oktyabrdakı çıxışında bildirdi ki, SSRİ-nin dağılması humanitar fəlakət idi.

25 milyon etnik rus öz iradələrinin əleyninə xarıcdə qalmalı oldular. SSRİ-nin dağılması milyonlarla insanın hüquqlarıın pozulması ilə müşayət olundu”. Deputat SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Latviya, Litva və Estoniyanın müstəqilliyinin tanınması ilə bağlı komissiya yaradılması qərarını da qanunsuz hesab edib.

Geri dön