Ana Sayfa > Xəbər > İsveçdə gizli hesabları olan azərbaycanlı məmurların nəzərinə!
İsveçdə gizli hesabları olan azərbaycanlı məmurların nəzərinə!28-10-2015, 16:51. Yazar: admin |
|
Avropa Parlamenti (AP) Avropa Birliyi ilə (AB) İsveçrə arasında bank hesab məlumatlarının qarşılıqlı dəyişdirilməsiə dair müqavilə layihəsini dəstəkləyən qətnamə qəbul edib. AP-nin Strasburq Şəhəri iclasında səsverməyə çıxarılan və qəbul edilən qərarda, Aİ ölkələrində və İsveçrədə qeydiyyatı olan şəxslərin bank məlumatları və fəaliyyətləri barədə məlumatlar avtomatik olaraq AB və İsveçrə arasında 2018-ci ildən etibarən paylaşılacaq. Belə bir qərarın verilməsinin səbəbi vergilərin gizlədilməsinin qarşısının alınmasıdır. Bir müddət əvvəl, İngiltərənin ən böyük banklarından HSBC-nin “varlı müştərilərinin İsveçrədəki hesabları” vasitəsilə vergi qaçırdığı iddia edilmişdi. Bu məsələ ilə əlaqədar daha əvvəl də İsveçrədə UBS, Credit Suisse və İsrail bankı Leumi-nin İsveçrə şöbəsi ABŞ tərəfindən cərimələnmişdi. Geri dön |