Ana Sayfa > Xəbər > ABŞ Dağlıq Qarabağ münaqişəsində öz müşahidəçi rolunu qorumaqla kifayətlənib
ABŞ Dağlıq Qarabağ münaqişəsində öz müşahidəçi rolunu qorumaqla kifayətlənib26-10-2015, 18:06. Yazar: admin |
|
"1992-ci ildə Azərbaycan SSRİ-nin tərkibindən ayrılaraq müstəqilliyini elan edəndə ABŞ Azərbaycanla ikitərəfli əlaqələr qurdu, ancaq təəssüf ki, bu illər ərzində ABŞ Dağlıq Qarabağ münaqişəsində yalnız öz müşahidəçi rolunu qorumaqla kifayətlənib." Bunu SalamNews-a açıqlamasında amerikalı politoloq Piter Teys deyib. Politoloqun fikrincə, ABŞ-Azərbaycan münasibətlərini tam olaraq pisləşdiyini iddia etmək olmaz: "ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünün, güclənən iqtisadiyyatının və regional münaqişələrin sülh yolu ilə həllinin dəstəklənməsində strateji marağı var. Rəsmi Vaşinqton Azərbaycanda demokratik institutların möhkəmlənməsində, açıq bazar iqtisadiyyatının təşviqində, səmərəli regional enerji siyasətinin dəstəklənməsində öz öhdəçilik rolunu nümayiş etdirir, rəsmi Bakının siyasi islahatlar həyata keçirməsində fəal rol oynayır və Dağlıq Qarabağı uzunsürən hərbi münaqişə kimi qəbul edir. ABŞ-Azərbaycan münasibətlərini xarakterizə edən ABŞ Dövlət Departamentinin səhifəsində dərc edilmiş bəyanata uyğun olaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Ermənistanla sərhədlərin yenidən açılmasını dəstəkləyir. Dövlət Departamenti münaqişənin effektiv həll yolu irəli sürməkdə və münaqişənin həllində daşıdığı öhdəliyi gücləndirməkdə zəiflik nümayiş etdirir. Bundan başqa, Ermənistanla Azərbaycan arasındakı hərbi qarşıdurmalar atəşkəsdən sonra 2014-cü ildən daha da intensivləşib. Buna baxmayaraq, ABŞ Dövlət Departamenti bununla bağlı ancaq qısa bir bəyanat yayıb. Məlumdur ki, Azərbaycanın işğal edilmiş ərazilərində hərbi provakasiyalar isə Ermənistan Silahlı Qüvvələri tərəfindən başladılır”. Politoloqun fikrincə Vaşinqton administrasiyası Dağlıq Qarabağ münaqişəsinə lazımi ciddiyyətlə yanaşmır: "Oktyabrın 19-da ABŞ Dövlət Departamentinin katibi Con Kerri İspaniyalı həmkarı ilə mətbuat konfransında Fələstin-İsrail arasındakı münaqişə barədə Ağ Evin narahatlığına dair geniş bir bəyanat verdi, amma o, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana edilən təxribatlar barəsində bir kəlmə də danışmadı. Con Kerri İsrail və Fələstin arasında münaqişəyə görə, hazırda regiona səfər edib. Çünki, Yaxın Şərqdə münaqişə yenidən alovlana bilər, ancaq Ermənistan-Azərbaycan arasındakı münaqişə ötən ilin 23 dekabrından alovlanıb. Bu münaqişə son 10 ay ərzində daha da intensivləşib. Biz isə hələ də səbrlə Con Kerrinin Azərbaycana dəstək üçün Bakıya ilk rəsmi səfər etməsini gözləyirik". “ABŞ hökumətinin münaqişəyə bu cür səthi yanaşmasına baxmayaraq, mən, həmçinin müəyyən qrupların Azərbaycanın imicini ləkələmək cəhdlərinə son qoyacaqlarına da ümidliyəm. Bundan əlavə, 2015-ci ilin aprelində Vaşinqtonda yerləşən bəzi təşkilatlar imza toplayaraq, Azərbaycana qarşı sərt mesajlar səsləndiriblər. Həmin fəaliyyətlər “Freedom House” və ABŞ-da fəaliyyət göstərən təşkilatlar tərəfindən edilir və bu addımlar ABŞ-Azərbaycan arasında olan sağlam tərəfdaşlığa ziddir.", - deyə amerikalı ekspert qeyd edib. Geri dön |