Ana Sayfa > Xəbər > Əsədlə Putinin gizli Moskva görüşü - Dörd ildə ilk dəfə

Əsədlə Putinin gizli Moskva görüşü - Dörd ildə ilk dəfə


21-10-2015, 12:24. Yazar: admin
Əsədlə Putinin gizli Moskva görüşü - Dörd ildə ilk dəfə
Suriya prezidenti Bəşər Əsəd ötən gün axşam saatlarında Rusiyaya gizli səfər edib.

Bu barədə AzVision.az “Sputnik”ə istinadən xəbər verir.

Məlumata əsasən Bəşər Əsəd Rusiya lideri Vladimir Putinlə Rusiyanın bu ölkədəki keçirdiyi hərbi əməliyyatları müzakirə ediblər. Görüşdə Rusiya Hərbi-Kosmik qüvvələrinin terrorçulara qarşı anti-terror əməliyyatlarının davam etdirilməsinin vacibliyi vurğulanıb.

Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da təsdiqləyib.

Onun sözlərinə görə, tərəflər həm ikitərəfli, həm də geniş tərkibli görüşlər keçiriblər. Geniş tərkibli görüşdə Rusiya tərəfindən yüksək rütbəli məmurlar iştirak ediblər.

“Danışıqlar uzun müddət davam etdi və onun əsas mövzusu hamıya aydındır”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, bu dörd il əvvəl Suriyada başlayan vətəndaş müharibəsindən bəri Suriya prezidenti Bəşər Əsədin ilk xarici səfəridir.

Geri dön