Ana Sayfa > Xəbər > Rusiya aviasiyası Suriyada yas mərasimini bombaladı

Rusiya aviasiyası Suriyada yas mərasimini bombaladı


19-10-2015, 17:03. Yazar: admin
Rusiya aviasiyası Suriyada yas mərasimini bombaladı
Rusiya aviasiyasının Suriyadakı yas mərasimini bombalaması nəticəsində 4 yerli sakin həlak olub.

Modern.az xəbər verir ki, Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları üzrə Müşahidə Missiyasının məlumatına görə, hadisə Homs şəhəri yaxınlığındakı Əl-Qanto kəndində baş verib.

Rusiya Müdafiə Nazirliyi hələ ki fakta münasibət bildirməyib.

Bundan əvvəl, Rusiya prezidenti Vladimir Putin ölkə aviasiyasının dinc sakinləri bombalaması ilə bağlı ittihamları rədd edərək, bunu “informasiya müharibəsi” adlandırıb.

Geri dön