Ana Sayfa > Xəbər > Bakı metrosu ilin əvvəlindən 162 mln. nəfərdən artıq sərnişinə xidmət göstərib
Bakı metrosu ilin əvvəlindən 162 mln. nəfərdən artıq sərnişinə xidmət göstərib16-10-2015, 10:37. Yazar: admin |
![]() Bu ilin yanvar-sentyabr aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 162,4 mln. nəfərə çatıb. Qeyd edək ki, nəqliyyatçılar 1 mlrd. 380 mln. sərnişinə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 11,8%-i metro ilə daşınıb. Geri dön |