Ana Sayfa > Xəbər > 100 milyon manat "havada qaldı"

100 milyon manat "havada qaldı"


13-10-2015, 18:08. Yazar: admin
100 milyon manat "havada qaldı"
Azərbaycan Beynəlxalq Bankında İslam bankçılığı departamenti ləğv edilib.

ANS PRESS-in bankın mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, bu addım Azərbaycan Beynəlxalq Bankında həyata keçirilən struktur dəyişiklikləri çərçivəsində atılıb.

Bununla belə, bildirilib ki, xarici maliyyə qurumları ilə islam bankçılığı istiqamətində bağlanmış sazişlər, bankın bu sahədə öhdəlikləri yenə qüvvəsində qalır. Eyni zamanda bu istiqamətdə həyata keçirilən layihələr də davam etdirilir.

İslam bankçılığı sahəsinin işçiləri isə funksional bölgüyə uyğun şəkildə öz fəaliyyətlərinə davam edəcəklər.

Qeyd edək ki, Azərbaycanda İslam bankçılığı ilk dəfə 2012-ci ildə Azərbaycan Beynəlxalq Bankında yaradılmışdı. Behnam Qurbanzadə isə qurumun rəhbəri təyin edilmişdi.

İslam bankçılığının digər kommersiya banklarının fəaliyyətindən fərqlənir. Belə ki, burada pullar satılmır və bank öz gəlirini faizdən deyil, müştərinin gəlirindən asılı olaraq əldə edilirdi. İslam bankçılığı həm korporativ, həm də fərdi müştərilərə xidmət göstərirdi və 2014-cü ilin sonunadək korporativ müştərilərə 100 milyon manatdan çox vəsait vermişdi.

Qeyd edək ki, bu gün Azərbaycan Beynəlxalq Bankının baş direktoru Akif Əliyev də işindən kənarlaşdırılıb. Onun yerinə Hidayət Sultanov təyin edilib. Bununla belə digər baş direktorlar Elmir Həbibbullayev və Fuad İslamov vəzifələrində qalıblar.

Geri dön