Ana Sayfa > Xəbər > Ermənistandakı Rusiya hərbi bazası hərbi təlimlər keçirir

Ermənistandakı Rusiya hərbi bazası hərbi təlimlər keçirir


13-10-2015, 17:44. Yazar: admin
Ermənistandakı Rusiya hərbi bazası hərbi təlimlər keçirir
Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının komandiri, general-mayor Vladimir Ustinovun rəhbərliyi ilə ikitərəfli batalyon-taktiki hərbi təlimləri başlayıb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, təlimlər bir həftə boyunca bir neçə mərhələdə Kəmxud və Alagöz yüksək dağ poliqonlarında keçiriləcək. Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildiriblər ki, bu təlimlərin xarakterik xüsusiyyəti tank və motoatıcı bölmələrin eyni anda xüsusi taktiki tapşırıqları yerinə yetirməsindən ibarətdir.

Təlimlərdə Rusiyanın İrəvanda yerləşən Erebuni hərbi bazasındakı müasir 4-cü nəsil "MiQ-29" qırıcıları da iştirak edir.

Təlimlər 2015-ci ilin yayı ərzində keçirilən təlimlərin yekun yoxlanışı çərçivəsində təşkil olunub.

Geri dön