Ana Sayfa > Xəbər > Palçığa bata-bata dərsə gedən məktəb uşaqları (FOTOLAR)

Palçığa bata-bata dərsə gedən məktəb uşaqları (FOTOLAR)


13-10-2015, 17:35. Yazar: admin
Palçığa bata-bata dərsə gedən məktəb uşaqları (FOTOLAR)
"Hər gün təmiz geyimdə gedib, üstümüzə palçıq içində qayıdırlar. Hamısı da yola görədir" - bu sözləri musavat.com-a şikayət məktubu ünvanlayan Lənkəran şəhər sakinləri deyiblər.

Sakinlərin sözlərinə görə, 7 saylı orta məktəbin yolları bərbad vəziyyətdədir. Buna görə də qışda şagirdlərin məktəbə gediş-gəlişi çətinləşir: "Neçə illərdir bu yol təmir edilmir. Fotoda gördüyünüz hələ yolun yaxşı hissəsidir. Əslində yol daha bərbad durumdadır. Qış aylarında bura böyük bir gölü xatırladır. Uşaqlarımız məktəbə təmiz paltarda gedib, palçıq içində qayıdırlar. Yola baxanda bombardman edilən küçəyə bənzəyir. Aidiyyəti dövlət orqanlarından xahiş edirik ki, məktəbliləri düşünsünlər. Bu yolu təmir etsinlər. Bir dəfə asfalt örtüyü çəksələr, uzun müddət bəs edər.

Bu yola ayaqqabı dözmür. Həm şagirdlərin, həm də müəllimlərin ayaqqabıları cırılır. İndiki dövrdə tez-tez ayaqqabı almağa hər ailənin maddi gücü çatmır".

Balaca bir küçəyə illərdir asfalt örtüyü çəkməyi müşkül məsələyə çevirən Lənkəranın aidiyyəti dövlət qurumları ümid edirik ki, bu xəbərdən sonra vəzifə borclarını yerinə yetirərlər.

Palçığa bata-bata dərsə gedən məktəb uşaqları (FOTOLAR)
Palçığa bata-bata dərsə gedən məktəb uşaqları (FOTOLAR)

Geri dön