Ana Sayfa > Xəbər > Beynəlxlaq Bankda departament direktoru və əməkdaşları işdən qovulub
Beynəlxlaq Bankda departament direktoru və əməkdaşları işdən qovulub13-10-2015, 09:56. Yazar: admin |
|
Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamenti ləğv edilib. Bu barədə "APA-Economics"ə bankdakı mənbə bildirib. Bildirilir ki, departamentin fəaliyyəti ABB rəhbərliyinin qərarı ilə dayandırılıb. "Departamentin direktoru Behnam Qurbanzadə və departamentin digər əməkdaşları işdən kənarlaşdırılıblar", - deyə mənbə qeyd edib. İnformasiyanı bankdan "APA-Economics"ə təsdiqləyiblər. Qeyd edək ki, ABB İslam bankçılığını regionda ilk tətbiq edən bank olub. Bank ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. Departament müştərilərinə - hüquqi və fiziki şəxslərə xidmət göstərməyə 2013-cü ilin aprel ayından başlayıb. Geri dön |