Ana Sayfa > Xəbər > Sürücülük vəsiqəsi olmayan polis işçisi Bakıda maşınla adam vurdu
Sürücülük vəsiqəsi olmayan polis işçisi Bakıda maşınla adam vurdu10-10-2015, 14:22. Yazar: admin |
|
Bakıda polis işçisi maşınla velosipedçini vurub. Xəzər Rayon Polis İdarəsindən bildiriblər ki, nəticədə zərərçəkən müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hadisə dünən saat 8.10-da Buzovna-Maştağa yolunda qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsi 12-ci bölməsinin əməliyyat müvəkkili Ramin Aslanov idarə etdiyi “VAZ-2105” markalı maşınla velosipedlə hərəkətdə olan 1970-ci il təvəllüdlü Heybətov bəxtiyar Adil oğlunu vurub. İlkin araşdırma zamanı məlum olub ki, polis əməkdaşının həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi olmayıb. Faktla bağlı araşdırma aparılır. Mənbə : Virtualaz.org Geri dön |