Ana Sayfa > Xəbər > Pentaqon: ABŞ və Rusiya müdafiə nazirlikləri Suriya ilə bağlı məsləhətləşmələr aparacaq
Pentaqon: ABŞ və Rusiya müdafiə nazirlikləri Suriya ilə bağlı məsləhətləşmələr aparacaq10-10-2015, 14:06. Yazar: admin |
![]() ABŞ və Rusiya müdafiə nazirlikləri arasında Suriyada aviasiya qüvvələrindən istifadə ilə bağlı məsləhətləşmələrin növbəti raundu cari həftə sonu baş tuta bilər. APA-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat xidmətinin rəhbəri Piter Kuk bildirib. “Rusiya Müdafiə Nazirliyi Suriyada hava əməliyyatları zamanı təhlükəsizliyin təmin olunması ilə bağlı ABŞ tərəfinin təklifinə rəsmi cavab verib. Hazırda Rusiya tərəfinin cavabı nəzərdən keçirilir. Yəqin ki, danışıqlar bu həftəsonu baş tutacaq”, - deyə o, söyləyib. Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələri sentyabrın 30-da Suriyada terrorçuların obyektlərinə aviazərbələr endirməyə başlayıb. Geri dön |