Ana Sayfa > Xəbər > Aktrisa 40 günlük körpəsindən imtina edəcək

Aktrisa 40 günlük körpəsindən imtina edəcək


9-10-2015, 13:59. Yazar: admin
Aktrisa 40 günlük körpəsindən imtina edəcək
Sentyabrda ana olan Rus Dram Teatrının aktrisası Həcər Ağayeva həftə sonu bir neçə aylıq fasilədən sonra səhnəyə çıxacaq. Teatrı, işini sevdiyini deyən aktrisanın uzun müddətli analıq məzuniyyətində qalmaq fikri yoxdur.
Teatrdan Aile.lent.az-a verilən məlumata görə, aktrisa 40 günlük körpəsini yaxınlarına əmanət edərək, oktyabrın 11-də Rus Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Büllur sarayda" pyesi əsasında hazırlanan tamaşada baş rolu oynayacaq.
Azərbaycanın xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi tamaşa Mədəniyyət və Turizm Nazirliyinin göstərişi əsasında dövlət sifarişi ilə hazırlanıb.
Xatırladaq ki, tamaşanın premyerası 2014-cü ilin mayında baş tutmuşdu. Tamaşa Azərbaycanın xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Geri dön