Ana Sayfa > Xəbər > Fərhad Mehdiyev Türkiyənin elektrik şirkətini MƏHKƏMƏYƏ VERİR

Fərhad Mehdiyev Türkiyənin elektrik şirkətini MƏHKƏMƏYƏ VERİR


5-10-2015, 10:41. Yazar: admin
Fərhad Mehdiyev Türkiyənin elektrik şirkətini MƏHKƏMƏYƏ VERİR
“Əslində mənim Türkiyəyə gəlməyim, yerli korrupsioner və işbilməzlər üçün yaxşı olmadı”.

Hafta.az-ın verdiyi xəbərə görə, bu sözləri tanınmış politoloq Fərhad Mehdiyev deyib. Fərhad Mehdiyev sosial şəbəkədəki rəsmi profilində yazdığı statusda bildirib ki, növbədə olan hədəf, Toroslar Elektrik Dağıtım AŞ və TC Enerji Bakanlığıdır:

“Necə ki, Bakıda olanda Binəqədi RİH, Masazır Bələdiyyəsi, BŞİH-i məhkəmələrə verirdim, indi də bu demaqoqluq enerjisini burada püskürəcəm. Növbədə olan hədəf Toroslar Elektrik Dağıtım AŞ və TC Enerji Bakanlığı. Görüm hansı marağa görə Enerji Bakanlığı elektrik paylama işini belə bacarıqsız və səriştəsiz şirkətə verib. Gəlsinlər "Azərişıq"dan dərs alsınlar”.

Fərhad Mehdiyev həmçinin sosial şəbəkə dostlarını da bu cür işlərdə aktiv olmağa çağırıb:

“Bu dünyanı demaqoqların qurtaracağına dair inamım tamdır, tarix bunun örnəkləri ilə doludur. Sizdə hörmətli dostlar, yorulmadan yazın, şikayət edin, bu dünyanı sadəcə gözəllik deyil, eyni zamanda, mübariz insanların iti qələmləri xilas edəcək”.

Geri dön