Ana Sayfa > Xəbər > Masaja gələnlər əxlaqsızlıq edirmiş

Masaja gələnlər əxlaqsızlıq edirmiş


21-09-2015, 13:57. Yazar: admin
Masaja gələnlər əxlaqsızlıq edirmiş
Bakıda masaj salonunda əxlaqsızlıq yuvası təşkil edilməsi müəyyən olunub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lerik rayon sakini Adıgözəl Adıgözəlovun gəlir əldə etmək məqsədi ilə Afiyəddin Cəlilov küçəsində yerləşən masaj salonunda əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Geri dön