Ana Sayfa > Xəbər > “Levski”nin sabiq futbolçusu “Neftçi”yə keçə bilər
“Levski”nin sabiq futbolçusu “Neftçi”yə keçə bilər28-07-2015, 17:37. Yazar: admin |
|
Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışında olan “Neftçi” baxışa daha bir futbolçu çağırıb. Apasport.az saytının məlumatına görə, bu, bolqarıstanlı müdafiəçi Borislav Stoyçevdi. 28 yaşlı futbolçu vətənində "Vidima-Ralovski", "Çernomorets", "Nafteks", "Sliven 2000", "Lyubimets 2007", "Minyor” (Pernik) və "Beroe” klublarında çıxış edib. Onun sonuncu komandası "Levski” olub. Məşqçilər korpusu futbolçunu bir neçə gün sınadıqdan sonra onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar verəcək. Geri dön |