Ana Sayfa > Xəbər > Qurban Qurbanov İngiltərədə mətbuat konfransı keçirməkdən İMTİNA ETDİ
Qurban Qurbanov İngiltərədə mətbuat konfransı keçirməkdən İMTİNA ETDİ20-02-2026, 14:13. Yazar: admin |
|
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Nyukasl Yunayted"- "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq. Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, komandanın media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək: "Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq". Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunu fevralın 24-də İngiltərədə, "St James Park" stadionunda, saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) start götürəcək. Geri dön |