Ana Sayfa > Xəbər > Təbii qaz ehtiyatı üzrə lider ölkələr - İIK ONLUQ
Təbii qaz ehtiyatı üzrə lider ölkələr - İIK ONLUQ31-03-2022, 12:10. Yazar: admin |
![]() Rəsmi statistikaya əsasən, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 6 milyard kubmetr təbii qaz çıxarılıb, 3,9 milyard kubmetr ixrac qeydə alınıb. Ölkənin isbat edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr göstərilir. Novator.az ABŞ-ın Enerji İnformasiyası Agentliyinə istinadla bildirir ki, təsdiqlənmiş təbii qaz ehtiyatına görə Rusiya liderdir: 47,8 trilyon kubmetr. İranın 33,7 trilyon kubmetr, Qətərin 24 trilyon 72 milyard kubmetr təbii qaz ehtiyatı var. İlk onluqdakı qalan ölkələr belə sıralanır: ABŞ – 15,4 trilyon kubmetr Səudiyyə Ərəbistanı – 9,2 trilyon kubmetr Türkmənistan – 7,5 trilyon kubmetr Birləşmiş Ərəb Əmirlikləri – 6 trilyon 91 milyard kubmetr Venesuela – 5,7 trilyon kubmetr Nigeriya – 5 trilyon 475 milyard kubmetr Çin – 5 trilyon 440 milyard kubmetr. Geri dön |