Ana Sayfa > Xəbər > ABŞ-da potensial risklərə görə yeniyetmələr üçün “Moderna”nın təsdiqi təxirə salınıb
ABŞ-da potensial risklərə görə yeniyetmələr üçün “Moderna”nın təsdiqi təxirə salınıb2-11-2021, 11:20. Yazar: admin |
![]() ABŞ Qida və Dərman Administrasiyası (FDA) 12-17 yaşlı yeniyetmələr üçün koronavirusa qarşı “Moderna” peyvəndinin qiymətləndirilməsini tamamlamaq üçün daha çox vaxta ehtiyacı olduğunu açıqlayıb. ABŞ-ın əczaçılıq şirkətindən bildirilib. Qeyd edilir ki, hazırda mənfi reaksiyaların riskləri qiymətləndirilir. Xüsusilə, FDA bildirib ki, araşdırma 2022-ci ilin yanvarından tez tamamlana bilməz. ABŞ biotexnoloji şirkəti açıqlayıb ki, FDA-nın peyvənddən sonra miokardit riski ilə bağlı son beynəlxalq təhlilləri qiymətləndirmək üçün daha çox vaxta ehtiyacı var- bu, ilk növbədə gənc kişilərə təsir edən nadir yan təsirdir. “Moderna” iyun ayında 12-17 yaş arası yeniyetmələrin peyvənd olunması ilə əlaqədar ABŞ-da icazə almaq üçün müraciət edib. Bu yaşdakı amerikalılar üçün indi anoloji- “Pfizer” COVID peyvəndi uyğundur (may ayında FDA və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri tərəfindən təsdiq edilib). Mənbə: Reuters Geri dön |