Ana Sayfa > Xəbər > Əli Həsənovdan qızının işdən çıxarılması ilə bağlı AÇIQLAMA

Əli Həsənovdan qızının işdən çıxarılması ilə bağlı AÇIQLAMA


25-08-2021, 17:47. Yazar: admin
Əli Həsənovdan qızının işdən çıxarılması ilə bağlı AÇIQLAMA

Prezidenin sabiq köməkçisi Əli Həsənov qızı Səfiyə Mehbalıyevanın işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Bu barədə Bakupost.az -a danışan Ə.Həsənov bildirib ki, o, xaricdə təhsil almaq məqsədilə öz ərizəsi əsasında işdən azad olunub:

"Mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olarkən qızım Səfiyə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və Londonda təhsil alır. Sadəcə olaraq akademiyanın saytı yenilənməyib deyə, onun adı indi götürülüb. Saytda onun indi işdən çıxarılmasının göstərilməsi texniki xətadır”.

Geri dön