Ana Sayfa > Xəbər > MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub8-11-2020, 10:19. Yazar: admin |
|
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, noyabrın 7-si axşam saatlarından başlayaraq 8-i saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub. Geri dön |