Ana Sayfa > Xəbər > Məşhur klubun 19 futbolçusunda koronavirus aşkarlandı

Məşhur klubun 19 futbolçusunda koronavirus aşkarlandı


1-09-2020, 10:24. Yazar: admin
Məşhur klubun 19 futbolçusunda koronavirus aşkarlandı

Argentina təmsilçisi "Boka Xuniors"da koronavirusa kütləvi yoluxma qeydə alınıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 futbolçunun testi müsbət nəticələnib. Klub oyunçuların yenidən testdən keçəcəyini bildirib.

Bu səbəbdən komandanın məşqləri 72 saatlıq dayandırılıb.
Geri dön