Ana Sayfa > Xəbər > “Fitch”: Neftin qiyməti artacaq
“Fitch”: Neftin qiyməti artacaq29-07-2020, 14:54. Yazar: admin |
|
“Brent” markalı neftin qiyməti gələn ilədək 45 ABŞ dolları ətrafında, 2022-ci ildə 53 dollar, sonrakı dövrdə isə 55 dollar səviyyəsində olacaq. “Report” xəbər verir ki, “Fitch Ratings” agentliyinin bazarın gələcək inkişafına dair araşdırmasına görə “WTI” markalı neft “Brent”ə nisbətən 3 dollaradək ucuz satılacaq. Neftin bahalaşmasının isə daha çox OPEC+ çərçivəsində hasilatın ixtisarı nəticəsində baş verəcəyi qeyd olunur. “Bizim gümanımıza görə OPEC+ hasilatın böyük qalığına, yaxud kəsirinə yol verməmək üçün 2020-ci ilin aprel ayında əldə edilmiş və iki ilə nəzərdə tutulan razılaşmanı vaxtaşırı dəyişdirəcək. Bu da neft qiymətlərinin tədricən əvvəlki səviyyəyə qayıdacağına dair gözləntilərimizə uyğundur”, – sənəddə deyilir. Geri dön |