Ana Sayfa > Xəbər > Hərarəti olan 3 nəfər imtahana buraxılmayıb
Hərarəti olan 3 nəfər imtahana buraxılmayıb23-07-2020, 16:18. Yazar: admin |
|
Dövlət İmtahan Mərkəzi tərəfindən 15 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirilib. DİM-dən APA-ya verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən, 3 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Geri dön |