Ana Sayfa > Xəbər > Bakıda karantin qaydalarını pozan kafe aşkarlanıb, 6 nəfər cərimələnib
Bakıda karantin qaydalarını pozan kafe aşkarlanıb, 6 nəfər cərimələnib5-06-2020, 11:52. Yazar: admin |
|
Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb. APA-nın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Hüseybala Əliyev küçəsi 22B ünvanında “Bermud” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 6 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi Mirvari Hüseynova 1500 manat, digərləri 100 manat cərimə olunublar.
Geri dön |