Ana Sayfa > Xəbər > Dünya bazarında neftin ucuzlaşma səbəbi
Dünya bazarında neftin ucuzlaşma səbəbi24-02-2016, 10:56. Yazar: admin |
|
Səudiyyə Ərəbistanı və İranın neft nazirlərinin “qara” qızıl hasilatının dondurulmasına dair etdikləri açıqlamalar fonunda dünya bazarında neftin qiyməti mənfi dinamika nümayiş edir. ANS PRESS-in məlumatına görə, saat 10:00-da (Bakı vaxtı ilə - red.) Brent markalı neftin bir barrelinin qiyməti 32.79, Texas markalı neftin 1 barreli isə 31.48 dollara təklif olunur. “Qara qızılın” qiymətlərinin yenidən enməyə başlamasına səbəb kimi İranın neft naziri Bican Zənqanınin neft hasilatının dondurulmasının “reallığa uyğun olmayan” və “gülünc” adlandırması göstərilir. Eyni zamanda Səudiyyə Ərbistanının neft naziri Əli əl-Naimi Hyustonda keçirilən "IHS CERAWeek" energetika konfransında qeyd edib ki, hasilatın dondurulmasına dair razılaşma onun həcminin azaldılması demək deyil. Lakin o bu plana bir çox ölkələrin qatılacağını da istisna etməyib və neft hasilatının dondurulmasına dair növbəti iclasın mart ayında keçiriləcəyinin real olduğunu bildirib. "Energy Aspects" müstəgil araşdırmalar aparan konsaltinq şirkətinin analitiki Dominik Hayvudun sözlərinə görə, bu qərarı neft bazarına bir o qədər də təsir etməyəcək. "Yanvar ayında bazarda gündəlik təklif artıqlığı 1 milyon barrel təşkil edib və neft hasilatı dondurulması sadəcə həmin zaman olan vəziyyətin uzadılması demək olacaq." Cari qiymətlərə həmçinin Amerika neft institutunun yaydığı xəbərlər də təsir edib. İnstitutun dərc etdiyi hesabata görə, ötən həftə ABŞ-ın neft ehtiyatlarının həcmi 7,1 milyon barrel artıb. OPEK ölkələri olan Venesuela, Səudiyyə Ərəbistanı, Qətər və OPEK-in xaricindəki ən böyük neft ixracatçısı olan Rusiya ötən həftə neft qiymətlərini artırmaq üçün hasil etdfikləri neft miqdarını yanvar ayı səviyyəsində saxlamaq üçün razılığa gəlmişdilər. Səudiyyə Ərəbistanının neft hasilatını artırması ilə ötən ildən bəri neftin qiyməti 70 faizə qədər ucuzlaşıb. İranın neft hasilatını artırması isə bu vəziyyəti bir az da gəliziləşdirir. Ötən ildən neft qiymətində kəskin ucuzlaşma qeydə alınıb və bu hal iqtisadiyyatı neftdən asılı olan ölkələrdə ciddi problemlər yaradıb. ABŞ-ın uzun illər sonra Avropaya neft ixrac etməyə başlaması bu tendensiyanı sürətləndirir. Neftin ucuzlaşmasından sonra bəzi körfəz ölkələrində uzun illərdən sonra ilk dəfə benzin bahalaşıb. Geri dön |