Ana Sayfa > Xəbər > Ermənistan parlamentində qalmaqal: Hər gün öpüşməyin!!!

Ermənistan parlamentində qalmaqal: Hər gün öpüşməyin!!!


23-02-2016, 17:06. Yazar: admin
Ermənistan parlamentində qalmaqal: Hər gün öpüşməyin!!!
Ermənistan Milli Məclisinin deputatlarının hər gün parlamentdə görüş zamanı öpüşmələri kənardan olduqca pis görünür.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqresinin parlament fraksiyasının sədri Aram Manukyan bildirib.

Deputat həmkarlarını bu ənənəyə son qoymağı çağırıb.

“Nümunə olaraq mən, bizim partiyadan olan uşaqlara hər gün öpüşməyi qadağan etmişəm. Bu gözəl görünmür! Siz bu hərəkətiniz digərlərinə nümunə olur. Bu vərdiş bizə Gürcüstandan gəlib. Orada kişilər hər gün bir-birilərini öpürlər. Etməyin. Yaxşı deyil! Uşaqlar görür!”, - deyə Aram Manukyan vurğulayıb.

Geri dön