Ana Sayfa > Xəbər > Sarkisyan qurultayı təxirə saldı - Ermənistanda qalmaqal
Sarkisyan qurultayı təxirə saldı - Ermənistanda qalmaqal10-02-2016, 18:01. Yazar: admin |
![]() Ermənistanın hakim Respublikaçılar Partiyasının qurultayı təxirə salınıb. AzVision.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qurultayın bu il yazın sonu, yaxud payızın əvvəlində keçiriləcəyi gözlənilir. Məlumata əsasən, tədbirin vaxtının qeyr-müəyyən müddətə təxirə salınmasına səbəb partiya daxilində narazılıq və qarşıdurma göstərilir. Bu müddət ərzində təşkilat daxili qalmaqalın aradan qalxacağı və 2017-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə "daha hazırlıqlı" gediləcəyi ehtimal edilir. Ölkənin baş naziri Ovik Abramyan partiyanın rəhbərliyindən təşkilat daxilindəki "bazarı dayandırmağı" istəyib. Yayılan məlumata əsasən, respublikaçıların adı açıqlanmayan təmsilçisi bildirib ki, Ovik Abramyanın partiyaya heç bir aidiyyəti yoxdur və Naira Zoqrabyan təşkilatın sədri olaraq qalacaq. Geri dön |