Ana Sayfa > Xəbər > «Azərbaycanlı və erməni qadınlar görüşsün»

«Azərbaycanlı və erməni qadınlar görüşsün»


10-02-2016, 15:15. Yazar: admin
«Azərbaycanlı və erməni qadınlar görüşsün»
İsveçin xarici işlər naziri Margot Wallström Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının qadın nümayəndələrinin görüşünün keçirilməsini təklif edib. Bakıda səfərdə olan xanım nazir bunu münaqişə tərəfləri arasında etimadın yaranması baxımından vacib sayıb.

Bu barədə fevralın 10-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov xanım M.Wallström-la görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. Xəbəri «Report» yayıb.

E.Məmmədyarov Azərbaycanın təklifi dəstəklədiyini qeyd edib. O, gec-tez icmalar arasında görüşün təşkil olunmalı olduğunu vurğulayıb.

Yada salaq ki, M.Wallström fevralın 9-dan Bakıda səfərdədir. Səfərin fevralın 10-da başa çatması gözlənilir.

Geri dön