Ana Sayfa > Xəbər > Nazir: “Nöqsanlara yol verənlərə mədəniyyət sahəsində yer yoxdur”
Nazir: “Nöqsanlara yol verənlərə mədəniyyət sahəsində yer yoxdur”10-02-2016, 12:14. Yazar: admin |
|
“Ölkə üzrə qəzalı vəziyyətdə olan klubların sayı 160-dır. 900-dən çox klubun öz binası yoxdur, 1182 klub isə təmirsizdir”. APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət mərkəzlərinin illik müşavirəsində deyib. Nazir bildirib ki, klub müəssislərində çalışanların cəmi bir faizi uyğun ixtisasda çalışır, qalanlar ya təhsilsizdir ya da qeyri-ixtisas sahibləridir: “Anlayıram ki, maaşlar o qədər çox deyil, təminat yüksək deyil. Amma hər şey bundan asılı olmamalıdır, insan öz işinin fədakarı olmalı, ona vicdanlı münasibət göstərməlidir”. Maliyyə nazirliyinin apardığı yoxlamalar zamanı bir sıra mədəniyyət müəssisələrində nöqsanlar aşkarlandığını deyən nazir bunları deyib: “Nöqsanlara misal kimi “ölü canlar”ı deyə bilərəm. Qanuna əməl etməyən insanları indiyə qədər də cəzalandırmışıq. Nöqsanlara yol verənlərin cəzalandırılması bundan sonra da davam edəcək. Mədəniyyət sahəsində bu insanlara yer yoxdur”. Geri dön |