Ana Sayfa > Xəbər > Türkiyədə BTQ-nin tikintisi sürətləndirilib

Türkiyədə BTQ-nin tikintisi sürətləndirilib


9-02-2016, 12:21. Yazar: admin
Türkiyədə BTQ-nin tikintisi sürətləndirilib
Türkiyənin Qars vilayətində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisinin başa çatdırılması üzrə işlər sürətləndirilib.

Bunu Trend-ə vilayətin bələdiyyəsindən deyiblər.

Bələdiyyədən bildiriblər ki, dəmir yolunun tikintisi bu il başa çatacaq: "Hava şəraitinin yaxşılaşması ilə tikinti işləri daha da sürətlənəcək".

BTQ dəmir yolunun Türkiyə ərazisinə düşən hissəsinin uzunluğu 79 kilometrdir, bunun 58 kilometri Qars vilayətinin payına düşür.

Geri dön