Ana Sayfa > Xəbər > Siqaretlər ucuzlaşdı

Siqaretlər ucuzlaşdı


8-02-2016, 12:09. Yazar: admin
Siqaretlər ucuzlaşdı
Fevralın 8-dən etibarən Azərbaycanda tütün və tütün məhsulları ucuzlaşıb.

Modern.az saytının əməkdaşının Bakının bir sıra satış məntəqələrində apardığı müşahidə zamanı markasından asılı olaraq siqaretlərin qiymətinin 25-30 faizə qədər ucuzlaşdığının şahidi olub.

Satıcılar ucuzlaşmanı firmaların tütün və tütün məhsullarının topdansatış qiymətlərini endirmələri ilə əlaqələndiriblər.

Qeyd edək ki, 2015-ci il dekabr ayının sonlarında siqaretin qiyməti təxminən 20 faiz, 2016-cı il yanvar ayının ortalarında isə daha 25 faiz bahalaşmışdı.

Geri dön