Ana Sayfa > Xəbər > ABŞ prezidentliyinə namizədin təyyarəsi təcili eniş edib
ABŞ prezidentliyinə namizədin təyyarəsi təcili eniş edib4-02-2016, 10:17. Yazar: admin |
![]() ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd Donald Trampın şəxsi təyyarəsi Tennesi ştatının Neşvil aeroportuna təcili eniş edib. APA-nın “BNO News”-a istinadən verdiyi məlumata görə, insident fevralın 3-də baş verib. Məlumatda bildirilir ki, seçkiqabağı mitinqdə iştirak etmək üçün Ayova ştatından Arkanzasa uçan siyasətçi yola başqa təyyarə ilə davam etmək məcburiyyətində qalıb. Bununla belə, o, görüşə 2 saat gecikib. ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb. Geri dön |