Ana Sayfa > Xəbər > Milli Məclisdə DQMV-nin bərpa olunması təklif edilib
Milli Məclisdə DQMV-nin bərpa olunması təklif edilib1-02-2016, 13:04. Yazar: admin |
|
Milli Məclisin iclasında Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifi irəli sürülüb. APA-nın məlumatına görə, bu təkliflə deputat Zahid oruc çıxış edib. O bildirib ki, 1990-cı illərdə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayəti adının bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur. Deputat işğal altında olan rayonların adlarının şadlıq saraylarına qoyulmasına da etiraz edib: “Şuşanın adını əyləncə, toyxana mərkəzinə qoyuruq. O rayonlar bizim işğal olunmuş bölgələrimizdir. Belə hallar yığışdırılmaldır”. Geri dön |