Ana Sayfa > Xəbər > Zakir Nuriyev: "Konsolidasiya məsələsi "Rabitəbank"ın gündəmində yoxdur"
Zakir Nuriyev: "Konsolidasiya məsələsi "Rabitəbank"ın gündəmində yoxdur"27-01-2016, 12:52. Yazar: admin |
|
"Rabitəbank" ASC-nin konsolidasiya məsələsi gündəmdə deyil". Bunu “APA-Economics”ə eksklüziv açıqlamasında bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib. "Buna ehtiyac görmürük", - deyə sədr qeyd edib. Onun sözlərinə görə, yaxın vaxtlarda bankın İdarə Heyətinin tərkibində də heç bir dəyişiklik gözlənilmir: "Hazırda İdarə Heyəti sədr və 6 baş direktordan ibarətdir. İdarə Heyətinə başqa üzvün və ya üzvlərin təyin olunması gözlənilmir". Qeyd edək ki, hal-hazırda bankın İdarə Heyətinin sədri Elçin Qədimovdur. Arif Zeynalov, Aydın Hüseynov, Eldar Ağayev, Seyran Nuriyev, Ceyhun İbrahimov, Ziya Nuriyev isə bankın baş direktorları siyahısında təmsil olunurlar. Geri dön |