Ana Sayfa > Xəbər > Səudiyyə 15 yaşda həbs etdiyi yeniyetməni başını kəsib çarmıxa çəkəcək

Səudiyyə 15 yaşda həbs etdiyi yeniyetməni başını kəsib çarmıxa çəkəcək


27-01-2016, 12:06. Yazar: admin
Səudiyyə 15 yaşda həbs etdiyi yeniyetməni başını kəsib çarmıxa çəkəcək
FaktXeber.com-un verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı 2012-ci ildə həbs etdiyi 15 yaşlı yeniyetmə gənci rejimə qarşı fikirlər səsələndirdiyi üçün edam edəcək.

Beynəlxalq hüquq təşkilatlarının qəti etirazına baxmayaraq, monarxiya rejiminin məhkəməsi Addullah Əl-Zahir adlı bu gəncin başının kəsilməsi və daha sonra isə çarmıxa çəkilməsi haqda qərar verib.

"Daily Mail" qəzetinin yazdığına görə, Səudiyyə prokurorluğu onun haqda yuxarıda qeyd edilən ittihamı 2014-cü ildə irəli sürüb. Bu il məhkəmə prokurorluğun ittihamını qəbul edərək, gənc müxalifətçi barədə ölüm hökmü çıxarıb.

Abdullah Əl-Zahirin ailəsi bildirib ki, hökumət qüvvələri onun rejim əleyhinə danışdığı barədə etiraf mətninə zorla imza atdırıblar.

Hazırda Abdullah Zahir 19 yaşın içindədir.

Səudiyyə 15 yaşda həbs etdiyi yeniyetməni başını kəsib çarmıxa çəkəcək

Geri dön